hələ burnu fırtıqlı idi

he (she) could not yet see the top of the table пешком под стол ходил (в ту пору был ещё малым ребёнком)
hələ bu harasıdır?
hələ canında su qalıb
OBASTAN VİKİ
İdi Amin
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
İdi xaqan
İdi xaqan (çin. 也咥可汗, Pinyin: Yěxì Kèhán) — Seyanto tayfa başçısı və xaqanı. Əsl adı İşbara idi. İncu xaqanın babası idi. 605-ci ildə Telelər və Seyantolar Taman xaqana üsyan qaldıraraq onu İli çayının sahilinədək qovdular. Telelər özlərinə Kibi Gelenq (契苾歌楞) adlı birini Yivuçen Bağa xaqan (易勿真莫賀可汗) adı ilə böyük xaqan, İşbaranı isə İdi xaqan titulu ilə kiçik xaqan seçdilər. Lakin hər iki xaqan 611-ci ildə Şekuy xaqanın yüksəlişi ilə ona təslim olaraq xaqanlıqdan imtina etdilər.
İdi Amin Dada
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (II mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi. Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır. Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır. Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır.
Biri var idi, biri yox idi (IV mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi. 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır. 20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi. Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir. == Məzmunu == Mövsümün birinci hissəsində Storibruka gələn Elza bacısı Annanı axtarır, lakin yerli mühitdən xəbərsiz olduğundan əvvəlcə problemlər yaşayır, lakin sonradan o, Emma ilə dostlaşır və qəhrəmanlar ona kömək etməyə çalışırlar. Storibrukda dondurma satıcısı kimi tanınan İnqridin əslində Qar Kraliçası olması məlum olur. Vaxtilə bacılarını itirmiş İnqrid Sehrbazın köməkliyi ilə özü kimi sehrli gücə malik iki qızdan ideal ailə yaratmaq qərarına gəlir. Həmin qızlar isə onun bacısı qızı Elza və Emma olmalı idi.
Biri var idi, biri yox idi (I mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir. Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir. “The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır. “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.” Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur. Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş, lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (V mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın V mövsümünün çəkiləcəyi ABC tərəfindən 7 may 2015-ci ildə elan edilmişdir. Beşinci mövsümün premyerasının 27 sentyabr 2015-ci ildə olacağı gözlənilir. 9 iyun 2015-ci ildə Rebekka Meyder və Şon Makuayrın serialın daimi aktyor heyəti sıralarına keçərək, əvvəlki mövsümlərdə olduğu kimi müvafiq olaraq Zelena/Qərbin qəddar cadugəri və Robin Hud obrazlarını canlandıracaqları elan edildi. Bir neçə gün sonra isə Uill Skarlett/Ürəklər Valeti rolunu canlandıran Maykl Soşanın daimi aktyor heyətindən uzaqlaşması xəbəri verildi. Bu mövsümün birinci yarısının əsas mövzusu Emmanın ürəyindəki qaranlıq ile mübahisəsi kimi qeyd edilmişdir. Serialın yaradıcısı Rayn Mörfi ikinci yarını isə qısaca "Hell" (Cənənnəm) kimi təqdim edib. Beşinci mövsümdə serialın seriyalarının sayı yüzə çataqcaq və yüzüncü seriyanın 2016-cı ildə yayımlanması planlaşdırılır.
Biri var idi, biri yox idi (teleserial, 2011)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur. İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi. Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı. == Xarici Keçidlər == Teleserialın rəsmi saytı Biri Var İdi, Biri Yox İdi — Internet Movie Database saytında.
O torpaqlar bizim idi
O torpaqlar bizim idi — Çingiz Dağçının 1966-cı il tarixli romanı. Yazıçının 1958-ci il tarixli "Onlar da insan idi" adlı əsərinin davamıdır. Öncəki romanda kənddən qaçaraq qurtulan Səlim bu romanda əsas qəhrəmandır. Əsər 1938–1946-cı illər arasında cərəyan edən hadisələrdən bəhs edir. Krımda olan Çukurca kəndlilərinin kolxoz həyatını və II Dünya müharibəsi zamanı yaşadıqlarından bəhs etməkdədir. Roman Ağməscidin Çukurca kəndində keçməkdədir. Romanın ba qəhrəmanı isə Səlimdir. "Onlar da insan idi" adlı romanda Ayşənin oğlu Alimi Ağməscidə aparan şəxsdir. Kommunist Partiyasıyla əlaqəlidir. Var qüvvəsiylə bu ideologiyanın yayılması üçün çalışır.
Debelyanov burnu
Debelyanov burnu (bolq. Дебелянов нос, ‘Debelyanov Nos’ \de-be-'lya-nov 'nos\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Burun Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Burun Bolqarıstan yazıçısı olan Dimço Debelyanovun (1887–1916) adını daşıyır. Burun Neqra burnundan 2.8 km şimal-qərbdə, Fort Vilyam burnundan 3.81 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Dejnyov burnu
Dejnyov burnu (esx/Тугнехалха) — Rusiyanın və Çukot yarımadasının, Asiya qitəsinin, Avrasiya materikinin ucqar şərq nöqtəsi. Burun dənizdən əhatələnmiş və hündürlüyü 740 metrə çata dağlıq massivə malikdir. Sahilləri hündürdür. Dejnyov burnu Berinq boğazının suları ilə yuyulur. Burada Şimal Buzlu okeana daxil olan Çukot dənizi ilə Sakit okeana daxil Berinq dənizi birləşir. Dejnyov burnu ilə Şimali Amerika ucqar qərb nöqtəsi olan Şahzadə Uels burnu arasında məsafə 86 km təşkil edir. Burun tarixən Beringiya bərzəxinin bir hissəsi olmuşdur. Sonradan suyun qalxması nəticəsində ərazidə boğa əmələ gəlmişdir. Materikin şərq hissəsi Şimal buzlu okeanın təsirinə məruz qalır. Arktik iqlim ilin böyük qismi öz hakim olur.
Disilitsa burnu
Disilitsa burnu (bolq. нос Дисилица, ‘Nos Disilitsa’ \'nos di-'si-li-tsa\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Bolbabriya buxtasından cənubda, Vapa buxtasından şimalda yerləşmişdir. Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Disilitsa zirvəsinin adını daşıyır. Polejan burnundan 1.65 km şimal-şərqdə, Bebreş burnundan 5.9 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Divotino burnu
Divotino burnu (bolq. нос Дивотино, ‘Nos Divotino’ \'nos di-'vo-ti-no\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə, Alfatar yarımadasında yerləşən buzlaqlardan azad olan burundur. Burun Mitçell buxtasından 200 m aralıda, Debelyanov burnundan 2 km şimal-şərqdə, Neqra burnundan 3.35 km şimal-qərbdə yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Divotino şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Dondra burnu
Dondra burnu (tam. தேவேந்திரமுனை, ing. Dondra Head) — Şri-Lanka adasının cənub qutaracağı. Burundan bir qədər aralıda Dondra şəhəri yerləşir.
Doob burnu
Doob — Qara dəniz sahillərində, Semesskaya buxtasının cənub-şərqində yerləşir. Navaqir silsiləsinin buxtanın daxilinə uzanan hissəsidir. Burun yaxınlığında Kabardinka kəndi yerləşir. 31 avqust 1986-cı ildə Doob burnunda «Admiral Naximov» gəmisi toqquşma nəticəsində batmışdır.
Edvards burnu
Edvards burnu — Antarktidanın Cənubi Şetland adalarının Kermen yarımadasının Robert adası sahillərindən cənubda yerləşən qayalardan ibarət burundur. Burun İngilis boğazından cənub-şərqdə, Devesil körfəzindən qərbdə, Mikalvi buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun 1930-cu illər ərzində Britaniya Admiral Hidroqrafiya Ofisinda çertyojçu kimi çalışan Viktor Edvardsın adını daşıyır. Edvards burnu 62°27′46″ c. e. 59°29′57″ q. u. koordinatlarında yerləşmişdir. Qrinviç adasındakı Santa Kruz burnundan 5.04 km şimal-şərqdə, Robert burnundan 6.14 km cənub-qərbdə, Beron burnundan 4.57 km cənub-şərqdə yerləşmişdir.
Esteverena burnu
Esterevena burnu — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən 700 m qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boyd boğazından qərbdə yerləşmişdir. Burun Argentina tərəfindən adlandırılmışdır. Byevoter burnundan 2.89 km cənub-qərbdə, Konvey burnundan 9.08 km şimal-qərbdə, Monroye burnundan 4.1 km şimal-qərbdə, Smit burnundan 40.64 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Farvel burnu
Farvel burnu (dan. Kap Farvel) və ya Umanarssuak burnu (qren. Uummannarsuaq) — Qrenlandiyanın ucqar cənub nöqtəsi. burun Eqqers adasında yerləşir. 2009-cu ildən kuyalek inzibati vahidliyinə daxildir. Burun İkinci Dünya müharibəsi zamanı çoxlu sayda sualtı qayığın batırıldığı yer kimi tarixə düşmüşdür. burun öz növbəsində hündürlüyü 800 metr olan bir zirvədir.
Florens burnu
Florens burnu (rus. Флоренс (мыс), ing. Florescence) — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasının qərbində yerləşir. Şərqi Sibir dənizinə tökülən Qusinaya çayının mənsəbinə yaxın ərazidə yerləşir. Burundan cənubda Kmo gölü yerləşir. Amerikalı kapitan Berri tərəfindən 1881-ci ildə (ing. florescence) adada olarkən burnun çiçəklərlə örtülməsi səbəbi ilə "Çiçəklənən" olaraq adlandırılmışdır.
Fom burnu
Fom burnu (rus. Мыс Фомы — Çukot Muxtar Dairəsi ərazisində, Vrangel adasının cənub-qərbin yerləşir. Blossom burnundan 20 km şimalda yerləşir. Tomas dağlarının dənizin içərilərinə girməsi ilə yaranmışdır. Burun 1867-ci ilin avqustunda Balina ovçusu Tomas Lonq burnu onu ilk dəfə görmüş matros Tomasın şərəfinə Cape Thomas adlandırmışdlr.. 1911-ci ildə Fom burnuna İvan Semyonoviç Serqeevin təşkil etdiyi ekspedisiya zamanı Tomas dağına Rusiya bayrağını sancırlar. Bu isə adanın Rusiyaya mənsubluğuna zəmin yaradır. Burunda yeraltı düşərgələr, taxta silahlar aşkarlanmışdır. Bu tapıntılar Onkilonlara mənsubluğu ehtimal edilir.. «Vrangel Adası» qoruğu.
Froloş burnu
Froloş burnu (bolq. нос Фролош, ‘Nos Frolosh’ \'nos 'fro-losh\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Qalata buxtasından şimalda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Froloş şəhərinin adını daşıyır. Deliradev burnundan 1.93 km şimalda, Beyle burnundan 4.1 km cənub-şərqdə, Melçior adalarına daxil olan Lambda adasından 7 km qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Frоuаrd burnu
Frоuаrd burnu (isp. Cabo Froward) — Bransuik yarımadasında Magellan boğazı sahilində yerləşir. Punta Arenasdan 100 km aralıda yerləşir. Cənubi Amerika materikinin ucqar cənub qutaracağında yerləşir. Çili ərazisində yerləşir. İngilis dilində Froward <əlverişsiz> mənasını bildirir. 1587-ci ilin yanvarında Tomas Kevendiş ərazidən keçərkən əlverişsiz iqlimi ilə rastlaşmışdır. Burunda xaç abidəsi (Cruz de los Mares) qoyulmuşdur. 1987-ci ildə Roma papası II İohann Pavel burunda hələ 1913-ci ildə layihələşdirilən xaç qoyulmasını ilə bağlı Çiliyə səfər edir. Burun qarşı tərəfində mayak fəaliyyət göstərir.
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burunun kim tərəfindən adlandırılması məlum deyil. Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.